BAKI, 16 noy – Sputnik. “Suriyadakı böhranın həlli və Türkiyə-Suriya sərhəddində nəzarətin gücləndirilməsi üçün ABŞ bundan sonra da Türkiyə ilə birgə işləyəcək”. Bunu Birləşmiş Ştatlar prezidenti Barak Obama G20 zirvəsindəki çıxışı zamanı deyib.
Obama, son 1 ayda Ankara və Parisdə törədilən terror aktları səbəbilə hava yolu və sərhəd idarələrində təhlükəsizlik tədbirlərinin artırılması barədə liderlərlə razılıq əldə olunduğunu bildirib.
“Dünyanın bir çox bölgəsində insanlara bu qədər əzab yaşadan İŞİD-i yox etmək üçün koalisiya qüvvələri ilə birlikdə olan əməliyyatımızı iki dəfə genişləndirəcəyik", deyə Ağ ev rəhbəri əlavə edib.