BAKI, 16 noy – Sputnik. Türkiyənin Ağrı əyalətinin Doğubəyazit bölgəsində İrana məxsus avtobusla yük avtomobilinin toqquşması nəticəsində 7 sərnişin ölüb, bir nəfər yaralanıb.
Hasan Keyif məhəlləsində baş verən hadisəyə pis hava şəraitinin səbəb olduğu güman edilir.
Məlumata görə, iranlılar Doğubəyazitə bir günlüyə alış-veriş etmək üçün gəlibmiş.
Qəzadan sonra sağ qalan sərnişinlər digər avtobuslarla hadisə yerindən uzaqlaşıb.