BAKI, 16 noy – Sputnik. Fransanın cənub-qərbindəki bir çox əyalətdə müsəlmanlar və miqrantlar əleyhinə aksiya keçirilib. Ən böyük nümayişlər isə Brotan əyalətinin Pontivye qəsəbəsində təşkil olunub. Radikal millətçi Adsav qrupunun rəhbərliyində keçirilən mitinqə minlərlə insan qatılıb.
Nümayişçilər müsəlmanlar və xaricilər əleyhinə “onları öldürəcəyik, onlara ölkəmizdə yer yoxdur” şüarları səsləndiriblər.
Radikal millətçilərin çıxışından narahat olan digər bir fransız qrup isə Fransada faşistlərə yer olmadığını bildiriblər.
Elə bu ərəfədə iki qrup arasında insident yaşanıb.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edərək onları ərazidən uzaqlaşdıra bilib.