Fransa suriyalıları bombalamağa başladı

Fransa bombardmançı təyyarəsi
Fransa bombardmançı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rakka şəhərindəki yerli qaynaqların iddiasına görə isə, dünən gecə başlayan bombardımanda çoxlu sayda sivil dünyasını dəyişib.

BAKI, 16 noy – Sputnik. İki gün əvvəl Parisdə baş verən qanlı terror hücumundan sonra Fransa dünən gecədən etibarən Suriyanın Rakka şəhərindəki İŞİD mövqelərini bombalamağa başlayıb. 

Ordunun açıqlamasına görə, terror təşkilatına aid 20 hədəf, o cümlədən silah depoları və yığınaqlar darmadağın edilib. 

Rakka şəhərindəki yerli qaynaqların iddiasına görə isə, dünən gecə başlayan bombardımanda çoxlu sayda sivil dünyasını dəyişib. 

“Rakka şəhəri İŞİD tərəfindən idarə olunur. Onların döyüşçüləri də məhz bu şəhərdədir. Bombalar tək onları yox, günahsız insanları da hədəf alır”, deyə yerli mənbə bildirir. 

Xəbər lenti
0