BAKI, 16 noy — Sputnik. Antalyada Azərbaycan və Türkiyənin birinci xanımları Mehriban Əliyeva ilə Əminə Ərdoğanın görüşü olub.
Görüşdə birinci xanımların qızları Leyla Əliyeva və Sümeyye Ərdoğan da iştirak ediblər.
Xatırladaq ki, noyabrın 15-də "Böyük İyirmiliyin" Antalyada keçirilən Sammiti çərçivəsində "Biznes-20"/"Qadınlar-20" ("Business-20"/"Women-20") birgə sessiyası təşkil olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.