Bakı, 15 noy — Sputnik. İŞİD terror qruplaşmasının Liviyadakı qolunun lideri Əbu Nabil ABŞ təyyarələrinin zərbələri nəticəsində məhv edilib. Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.
Qurumun rəsmi nümayəndəsi Piter Kukun sözlərinə görə, Əbu Nabilin ölümü İŞİD-in Liviyadakı mövqeyini zəiflədəcək.
Kuk qeyd edib ki, Əbu Nabilin məhv edilməsi əməliyyatı hakimiyyət qurumları ilə razılaşdırılıb və Parisdə törədilən terror aktlarından xeyli əvvəl planlaşdırılıb.