Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Parisdə 12 ölkənin vətəndaşları terror aktlarının qurbanı olub

© REUTERS / Benoit TessierParis saldırı
Paris saldırı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.

Bakı, 15 noy — Sputnik. Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var. Sputnik-in "APA"ya istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, terror aktlarının qurbanları arasına Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis, ABŞ və Fransa vətəndaşları var.

Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.

Xəbər lenti
0