SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kerri: Vyanadakı görüşün iştirakçıları arasında fikir ayrılığı var

© REUTERS / Nicholas Kamm/PoolU.S. Secretary of State John Kerry
U.S. Secretary of State John Kerry - Sputnik Azərbaycan
Abunə olmaq
Vyanada Suriya münaqişəsinin nizamlanmasına həsr olunan çoxtərəfli görüşün iştirakçıları arasında birgə sənəd razılaşdırılıb.

BAKI, 15 noy — Sputnik. Vyanada Suriya münaqişəsinin nizamlanmasına həsr olunan çoxtərəfli görüşün iştirakçıları arasında birgə sənəd razılaşdırılıb. Sənədin yaxın zamanda mətbuata təqdim olunacağı gözlənilir.  

“Görüş iştirakçıları arasında Bəşər Əsədin gələcəyi də daxil olmaqla, bir sıra məsələlər üzrə fikir ayrılığı qalmaqdadır”, deyə görüşdən sonra ABŞ dövlət katibi Con Kerri, Rusiya XİN rəhbəri Sergey Lavrov və BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffano de Mistura ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“ABŞ əmindir ki, prezident  Bəşər  Əsədin hakimiyyətdə qalması Suriyada terrorçuluğun genişlənməsi də daxil olmaqla ölkədəki problemlərin həllinə kömək etməyəcək. Nə diktator, nə də terrorçular Suriya böhranının həlli yolu deyil”, deyə o qeyd edib.   

Görüş iştirakçıları Suriyada tezliklə atəşkəsə nail olmağa dair razılığa gəliblər. Atəşkəsə əməl olunmasının monitorinqini xüsusi qrup həyata keçirəcək.   

Terror qruplaşmalarının siyahısını yaxın günlərdə razılaşdırmaq planlaşdırılır.  

Xəbər lenti
0