Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qəbizliyə yaxşı təsir edən şəfalı qoz suyu resepti

© pixabay / Conger DesignQoz
Qoz - Sputnik Azərbaycan
Abunə olmaq
Həyatda bir çox problemin həlli olduğu kimi qəbizliyə də yaxşı təsir edən şəfalı bitkilər, qəbizliyi aradan qaldıran üsullar var.

BAKI, 15 noy — Sputnik. Bağırsaqları yaxşı işləyən insanlar gündə ən az bir dəfə böyük bayıra çıxırlar. Lakin qəbizlik problemi yaşayırsınızsa, bu, sizə imkansız gələ bilər. Həyatda bir çox problemin həlli olduğu kimi qəbizliyə də yaxşı təsir edən şəfalı bitkilər, qəbizliyi aradan qaldıran üsullar var.

Qəbizlik üçün şəfalı qozlu su necə hazırlanır?

Qoz suyu necə hazırlanır deyirsinizsə, bu, olduqca asandır! Gecə yatmazdan əvvəl bir ədəd qoz içini bir stəkan suya atın və səhərə qədər gözlədin. Səhər yuxudan oyananda dişlərinizi fırçalayıb ac qarna əvvəlcə qoz suyunu için, sonra qozu yaxşıca çeynəyərək yeyin. Bəli, qəbizliyin həlli əslində bu qədər sadədir! Siz indi qoz necə bu qədər möcüzəvi təsir göstərir deyə düşünürsünüz. Qozun faydaları arasında bağırsaq hərəkətlərini sürətləndirmək, həzmi asanlaşdırıb böyük tualetə çıxmaq intervalını artırmaq kimi xüsusiyyətlər var. Çünki ehtiva etdiyi Omega 3 yağları, maqnezium, fosfor kimi minerallar sayəsində qoz qəbizlik üçün möhtəşəm bir vasitədir.

Qoz suyu ilə arıqlamaq mümkündürmü?

Qozun faydaları ABŞ Səhiyyə Nazirliyi tərəfindən rəsmi olaraq qəbul edilib. Bu möhtəşəm xüsusiyyətləri ilə qoz suyu ilə arıqlamaq mümkündür.

Xəbər lenti
0