Fransa matəm içində

© Hurriyet.com.trТеракты в Париже - стадион "Стад де Франс"
Теракты в Париже  - стадион Стад де Франс - Sputnik Azərbaycan
Abunə olmaq
Fransua Olland G20 sammitində iştirakdan imtina edib.

BAKI, 14 noy — Sputnik. Fransanın paytaxtı Parisdə baş vermiş silsilə terror aktları nəticəsində xəsarət alanların sayı 250 nəfərə çatıb.
Sputnik xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Onlardan təxminən 100 nəfərin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.

Paris prokurorluğunun məlumatına əsasən, terror aktları nəticəsində ümumilikdə 128 nəfər həlak olub.

Bundan əvvəl ölənlərin sayının 153-ə çatdığı bildirilirdi.

Fransa Prezidenti Fransua Olland Parisdəki silsilə terror aktlarından sonra ölkədə üç günlük matəm elan edib.
O, Türkiyənin Antalya şəhərində keçiriləcək G20 — Böyük İyirmiliyin sammitində iştirakdan imtina edib. Paris terroru səbəbindən G20 sammitinin keçirildiyi Antalyada təhlükəsizlik tədbirləri gücləndirilib.

Xəbər lenti
0