CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Komitəsi: Kərəm Həsənov Baş Prokurorluqda dindirilməyib

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bunun Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib.

BAKI, 14 noy — Sputnik. "Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir".

Bunun APA-ya açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov deyib.

O bildirib ki, belə məlumatlar böhtan xarakteri daşıyır və bilərəkdən yayılır: " Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür. Bu cür şayiələr yaymaq Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır".

Q. Xəlilov xatırladıb ki, komitə fəaliyyətində açıqlığı, şəffaflığı və ictimai məlumatlandırmanın təmin olunmasını “KİV haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər media vasitələrində məlumatları yaymaqla həyata keçirir.      

Xəbər lenti
0