BAKI, 14 noy-Sputnik. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib.
Sputnik APA-ya istinadən xəbər verir ki, tanınmış hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.