Bu il azərbaycanlıların maaşları artıb

© report.azPul
Pul - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfər olub.

BAKI, 13 noy — Sputnik. 2015-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1506,3 min nəfər olub.

Bu barədə Sputnik-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki,  onlardan 877,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 17,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 

2015-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 461,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. 

Xəbər lenti
0