BAKI, 13 noy — Sputnik. ABŞ dövlət katibi Con Kerri Arif Yunusun həbsdən azad edilməsini alqışlayır. Sputnik xarici mətbuta istinadən xəbər verir ki, bu barədə Con Kerrinin bəyanatında deyilir.
“ABŞ Bakı Apellyasiya Məhkəməsinin tanınmış tarixçi, sülh çarçısı Arif Yunus barədə həbsin ev dustasqlığı ilə əvəz edilməsi barədə qərarına humanitar yanaşma və pozitiv addım kimi baxır.
Ümid edirik ki, Azərbaycan hökuməti ciddi sağlamlıq problemləri olan digər məhbuslara daeyni yanaşmanı şamil edəcək”, deyə dövlət katibi bəyanatında qeyd edib.
Qeyd edək ki, Arif Yunus noybarın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalında azad olunub.