CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANS-in Xoşqədəm Hidayətqızı ilə bağlı iddiası təmin edilməyib

CC0 / qimono / hammerсудебный молоток
судебный молоток - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

BAKI, 13 noy — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə qərar qəbul edilib. Qərara əsasən, ANS-in iddiası təmin edilməyib.

Qeyd edək ki, şirkət şuranın 30 sentyabr 8/1 saylı qərarının ləğv olunması xahişi ilə müraciət edib.

Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. 

ANS televiziyasının efirində yayımlanan və Xoşqədəm Hidayətqızınınaparıcısı olduğu “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda həmçinin yayımı dayandırılmış həmin iki proqramın efir vaxtında  mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti
0