Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sovetski-də dövlət ehtiyacı üçün alınan torpaq sahələri müəyyən olunub

Sovetski
Sovetski - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti “Sovetski”də dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərar qəbul edib.

BAKI, 13 noy — Sputnik. Nazirlər Kabineti Yasamal rayonunda dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərar qəbul edib.

Qərara əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində (“Sovetski” məhəlləsi) Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Nazirlər Kabineti “Torpağın dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli fərmanına əsasən bu barədə qərar qəbul edib.  Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Xəbər lenti
0