SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Avropa qapılarını qaçqınların üzünə bağlayıb

© Murat Cetinmuhurdar/Pool Photo via APRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Avropa ölkələri üstüörtülü şəkildə qaçqınlara xitabən "Gedin Egey və Aralıq dənizində boğulun” deyir.

BAKI, 13 noy – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, qaçqınlara göstərdikləri qeyri-insani davranışlara görə Avropa ölkələrini tənqid edib. Ərdoğan, Avropanı qapılarını qaçqınların üzünə bağlamaqda günahlandırıb.

"Büdcəsi Türkiyədən daha çox olan ölkələr qaçqınları içəri almamaqda israr edir. Həmin Avropa ölkələri üstüörtülü şəkildə qaçqınlara xitabən "Gedin Egey və Aralıq dənizində boğulun” deyir. Bəs, qəfildən Türkiyədə olan 2 milyon qaçqın Avropaya tərəf yürüsə, necə olacaq?", deyə Ərdoğan CNN-ə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, noyabrın 15-16-da Antalyada keçiriləcək G20 ölkələrinin liderlərinin sammitində əsas gündəm mövzusu qaçqın böhranı olacaq. 

Xəbər lenti
0