BAKI, 13 noy — Sputnik. Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalında artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə kompüter, elektron və optik məhsulların istehsalı 98,6 faiz artıb.
Elektrik avadanlıqlarının istehsalında isə artım 11,7 faiz olub.