BAKI, 13 noy – Sputnik. Ukrayna parlamenti 2-ci Dünya müharibəsi dövründə Sovet hökuməti tərəfindən Krım tatarlarına edilən zülmü soyqırım kimi tanıyıb.
Parlamentdə keçirilən səsvermədə iştirak edən 245 millət vəkili soyqırımın tanınmasını dəstəkləyib.
Bundan sonra 18 may Ukraynada "Krım Tatar Soyqırım Qurbanlarını anma günü" elan edilib.
Krım Tatar Milli Məclisinin sədri, Ukrayna parlamentinin üzvü, millət vəkili Rifat Çubarov qərarı dəstəklədiklərini açıqlayıb.
Ukrayna hökuməti Krım yarımadasının Rusiya tərəfindən işğalını, o cümlədən Kremlin Ukrayna və tatar vətəndaşlara siyasi və etnik zəmində sistematik təzyiqini də "şüurlu soyqırım siyasəti" kimi qəbul edib.