BAKI, 13 noy – Sputnik. Hollandiyadakı Utrext Tibb universiteti 10 il ərzində 40 min könüllü arasında apardığı araşdırmanın nəticəsini açıqlayıb.
Tədqiqatda iştirak edənlərin səhhəti və bəslənmə vərdişləri ciddi araşdırılıb.
Nəticədə məlum olub ki, gündə 3 fincan qara çay içənlərin diabet xəstəliyinə tutulma riski 50% azalır.
İngiltərənin Daily Express qəzetinin xəbərinə görə, şəkərsiz içilən qara çaydakı kimyəvi maddələr 2-ci tip şəkər xəstəliyinə tutulma riskini təxminən 42 % azaldır.
Ancaq məlumatda o da qeyd olunub ki, üç fincandan çox çay içmək insan səhhətinə zərərlidir.