Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat nazirin çıxarılma səbəblərini açıqladı

© Photo : APAƏli Abbasov
Əli Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Rabitə və yüksək texnologiyalar nazirliyi faktiki olaraq Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin tapşırıqlarını yerinə yetirən bir idarə çevrildiyindən ölkə başçısı naziri vəzifəsindən kənarlaşdırdı. Bunu Sputnik-ə açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

BAKI, 13 noy — Sputnik. Əli Abbasov Rabitə və yüksək texnologiyalar nazirliyini faktiki olaraq Milli Təhlükəsizlik Nazirlyinin rəhbərliyinin tapşırıqlarını yerinə yetirən bir idarəyə çevirdiyindən ölkə başçısı onu vəzifəsindən kənarlaşdırdı.

Bunu Sputnik-ə açıqlamasında YAP Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun vəzifəsindən kənarlaşdırılmasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu baxımdan Əli Abbasovun vəzifədən getmə zərurəti yarandı və ölkə başçısı haqlı olaraq onu tutduğu vəzifədən azad etdi: “Bu dəyişiklik nazirlikdəki nöqsanların aradan qaldırılmasına xidmət edir və hesab edirəm ki, onun dəyişməsi nazirliyin bundan sonrakı fəaliyyətində yeni səhifə açacaq.”

Millət vəkili bildirdi ki, dövlət başçısı bu hərəkəti ilə bir daha sübut etdi ki, o xalqın bütün problemlərinin həllinə həssaslıqla yanaşır və onların həllində israrlıdır. 

“Bu baxımdan problemlərin həllində komanda üzvlərindən məsuliyyətli olmağı, onları işlərini səlahiyyətləri çərçivəsində yerinə yetirmələrini tələb edir. Çünki Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyur. Və bu mərhələ də öz növbəsində dövlət qarşısında yeni vəzifələr qoyur. Dövlət bütün gücünü bu vəzifələrin və qarşıya çıxan məsələlərin həllinə yönəldir. Bu məsələlərin həlli isə yeni yanaşmalar və yeni kadrlar tələb edir”, — deyə YAP funksioneri əlavə etdi.

Mirzəzadə bildirdi ki, artıq bir qisim kadrlar vəzifələrinin öhdəsindən gələ bilmir, bir qisminin isə potensialı tükənib: “Bu baxımdan da yeni kadrlara ehtiyac yaranır. Dövlət başçısı da vaxtaşırı olaraq yeni, enerjili, işinə məsuliyyətlə yanaşan kadrları cəlb edir.”

İki nazirin vəzifəsindən kənarlaşdırlasına mövqeyini  açıqlayan Mirzəzadə bildirdi ki, bu şəxslərin vəzifədən azad edilməsi onların öz vəzifələrinin  öhdəsindən  gələ bilməməsi ilə bağlıdır: “Milli Təhlükəsizlik naziri dövlət içində bir dövlət yaratmışdı. Qeyri-qanuni hərəkətlər edirdi. Düzdür, bunu bütün təhlükəsizlik orqanına aid etmək düz olmazdı. Sahibkarların əmlaklarının əlindən alınması, vətəndaşların qanunsuz dinlənilməsi əlbəttə ciddi qanun pozuntusu idi və bunun vaxtında qarşısı alındı.”

Xəbər lenti
0