SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Amerikalı türklər Obamadan görün nəyi istədi?

© Sergey GuneevU.S. President Barack Obama
U.S. President Barack Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Cənab Obama, Türkiyənin dostu olaraq sizdən milyonlarla suriyalı, iraqlı, əfqanıstanlı və digər ölkələrdən olan qaçqınların həyatının qorunması üçün Türkiyənin yanında olmağınızı istəyirik.

BAKI, 13 noy – Sputnik. Nyu-Yorkda fəaliyyət göstərən Türkiyə-ABŞ dostluq dərnəyi, prezident Barak Obamadan terrorla mübarizə, miqrant böhranı kimi mövzularla bağlı Türkiyəyə dəstək olmasını istəyib. 

Dərnəyin yüzlərlə üzvü Barak Obamanın Türkiyəyə edəcəyi ziyarətdən öncə Vaşinqton Post qəzetində məqalə yerləşdirib. 

Qəzet iki ölkənin müttəfiq olduğunu və Türkiyə ilə Amerikanın Koreya, Əfqanıstan və Balkan ölkləri ilə çiyin-çiyinə çarpışdığını, soyuq müharibə ərəfəsində də təhdidlərlə birlikdə mübarizə apardığını xatırladıb. 

Yazıda o da qeyd olunub ki, Yaxın şərqdə terror bəlasının hökm sürdüyü bir vaxtda Türkiyə 2,5 milyondan artıq qaçqına sərhədlərini açıb. 

Məqalədə deyilir: “Cənab Obama, Türkiyənin dostu olaraq sizdən milyonlarla suriyalı, iraqlı, əfqanıstanlı və digər ölkələrdən olan qaçqınların həyatının qorunması üçün Türkiyənin yanında olmağınızı istəyirik.”

Xəbər lenti
0