BAKI, 13 noy — Sputnik. Azərbaycan Türkiyə arasında işləyəcək qatarların ilk partiyası 2016-cı ilin birinci yarısında Bakıya gətiriləcək.
Bunu Spuntik-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verildikdən sonra Azərbaycanla Türkiyə arasında birbaşa sərnişin qatarı da fəaliyyət göstərəcək.
“Artıq bu istiqamətdə işlər gedir. Bu məqsədlə Azərbaycan bu xətdə işləyəcək müasir qatarlar alacaq. Müasir qatarların alınması ilə bağlı olaraq “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən 30 müasir vaqonun alınması barədə müqavilə imzalanıb. İlk 10 vaqon 2016-ci ilin birinci yarısında Bakıya gətiriləcək”, — deyə Əzməmmədov vurğuladı.
Əzməmmədov onu da əlavə etdi ki, yerdə qalan digər vaqonlar da tədircən partiya-partiya azərbaycana gətiriləcək.
Qeyd edə k ki, 2016-cı ildə Bakı-Tbilisi-Qars dəmiryolu xətti istifadəyə verilməsi nəzərdə tutulur.