BAKI, 13 noy – Sputnik. Almaniya Mərkəzi Bankı İdarə Heyətinin üzvü Karl Lüdviq 25 noyabrda dövriyyəyə buraxılacaq yeni 20 avroluq əskinaz barədə danışıb. O yeni pulun saxtasının yaradılmasının mümkünsüz olduğunu deyib.
Karl Lüdviq, yeni 20 avroluğun təhlükəsizlik xüsusiyyəti daşıdığını bildirib.
Əskinaz texnologiyasında yeni era sayılan müasir 20 avrolar, saxtakarlıqla mübarizə ilə bağlı 2002-ci ildən gündəmə gəlib.
Sonuncu dəfə 2013-cü ilin may ayında 5 avroluq əskinaslar, 2014-cü ilin sentyabrında isə10 avroluqlar dövriyyəyə buraxılıb.
50, 100, 200 və 500 avroluq əskinazların da yenilənəcəyi gözlənilir.