Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək

Bakı, Bayraq meydanı, Kristal zalı
Bakı, Bayraq meydanı, Kristal zalı - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 16-da Bakıda Hilton oteldə Azərbaycan və İran şirkətlərinin 150-ə yaxın məsul şəxslərinin iştirakı ilə biznes-forum baş tutacaq.

BAKI, 12 noy — Sputnik. Növbəti həftə Bakıda Azərbaycan-İran biznes forumu və ixtisaslaşmış sərgisi keçiriləcək.

Bu barədə Sputnik-ə məlumat İranın Azərbaycandakı səfirliyindən verilib.

Səfirlikdən bildirilib ki, noyabrın 16-da Bakıda Hilton oteldə Azərbaycan və İran şirkətlərinin 150-ə yaxın məsul şəxslərinin iştirakı ilə biznes-forum baş tutacaq.

İranın Bakıda keçirilən biznes sərgisi ilə eyni zamana təsadüf edən bu biznes forumda İran İslam Respublikasının şirkətlərinin 100-ə yaxın məsul şəxsləri və tacirləri Azərbaycan Respublikasının tacirləri ilə neft-qaz, kimya, tikinti sənayesi, su, elektrik enerjisi və maşınqayırma mövzularında qarşılıqlı müzakirələr aparacaqlar.

Bu məqsədlə noyabrın 16-da İranın Gilan əyalətinin valisi doktor Məhəmmədəli Nəcəfinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan səfərə gələcək.

Gilan valisi 3 günlük səfər çərçivəsində Bakıda Gilan əyalətinin öndərliyi ilə keçiriləcək xüsusi sərgisinin açılış mərasimində iştirak edərək Azərbaycan Respublikasının dövlət nazirləri və məsul şəxsləri ilə görüşəcəkdir.

Səfirlikdən o da bildirildi ki, noyabrın 17-19-dək isə Bakıda 32 İran şirkətinin iştirakı ilə İran İslam Respublikasının  ixtisaslaşmış sərgisi keçiriləcək. “Baku Ekspo” beynəlxalq sərgi mərkəzində 3 gün təşkil olunacaq bu sərgidə, neft, qaz, neft-kimya, tikinti sənayesi, su, elektrik və maşınqayırma sahələrində çalışan Gilan əyalətinin 13 şirkəti və İranın digər əyalətlərinin 20 şirkəti iştirak edəcək.

Bu sərginin açılış mərasimi 17 noyabr 2015-ci il tarixdə saat 11:00 da “Baku Ekspo” mərkəzində Gilan əyalətinin valisi cənab Məhəmmədəli Nəcəfi, İran İslam Respublikasının Bakıdakı səfiri cənab Möhsün Pak Ayin və Azərbaycan Respublikasının bir sıra vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcəkdir.

Azərbaycanda yaşayan iranlılar, İranda və Azərbaycanda fəaliyyət göstərən biznes və istehsal şirkətləri və tacirlər sərgidə iştiraka dəvət olunurlar.

Xəbər lenti
0