CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb

© szona.orgArif Yunus
Arif Yunus - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutun həbsdə olan sədri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

BAKI, 12 noy — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutun həbsdə olan sədri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə A. Yunusun ev dustaqlığına buraxılması barədə şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.  

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.   Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. 


Xəbər lenti
0