ELM

Fransızlar orbitə iki telekommunikasiya peyki çıxardılar

© Роскосмос / Mediabanka keçidЗапуск ракеты-носителя "Протон-М" со спутником связи "Астра-2Е"
Запуск ракеты-носителя Протон-М со спутником связи Астра-2Е - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan start götürən “Ariane-5” ağır raketdaşıyıcısı uğurla iki telekommunikasiya peykini orbitə çıxarıb.

BAKI, 12 noy — Sputnik. Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan start götürən “Ariane-5” ağır raketdaşıyıcısı uğurla iki telekommunikasiya peykini orbitə çıxarıb. Bu barədə “Arianespace” şirkətinin rəhbəri Stefan İsrael bildirib.

Bildirilir ki, hazırda geostasionar orbitdə iki yeni peyk var. Bunlardan biri “Airbus Defence and Space” və “Thales Alenia Space” korporasiyalarının “ARABSAT” peyk rabitəsi operatoru ilə imzalanan saziş üzrə yaradılan “ARABSAT-6B” (BADR-7) aparatıdır. “ARABSAT” peyklərinin altıncı nəsli olan və istismar müddəti 15 il təşkil edən aparat Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionlarının teleradio yayımı, sürətli internet və telefon rabitəsi ilə təmini üçün nəzərdə tutulub.

İkinci peyk — Hindistan Kosmik Agentliyinə (ISRO) məxsus “GSAT-15” peyki Hindistan subqitəsində həm naviqasiya xidmətləri, həm də qəza-xilasetmə və təcili tibbi xidmət işləri üçün telekommunikasiya dəstəyi üçün nəzərdə tutulub. Həmçinin peykdən Hindistan ərazisində birbaşa peyk televiziya yayımı üçün istifadəsi planlaşdırılır.

Kuru kosmodromundan buraxılan raket sayca onuncu uğurlu raket buraxılşı olub.  

Əsas rəqiblərinin "SpaceX” və “Roskosmos” şirkətlərinin olduğu “Arianespace” dünyanın süni Yerətrafı peyklərin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindədir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb, — “TASS” yazır. 

Xəbər lenti
0