BAKI, 12 noy – Sputnik. İsveç hökuməti ölkəyə qaçqın axını səbəbilə sərhəd məntəqələrində nəzarəti gücləndirib.
10 gün davam edəcək sərhəd nəzarət tədbirləri, mühacir axını artacağı təqdirdə müddəti uzadılacaq.
Pasport və şəxsiyyət vəsiqəsi yoxlamaları əsasən Avstriya və Macarıstandan gələn qatarlarda və Danimarka ilə sərhəddə keçirilir.
Qaçqın axını başladıqdan sonra sərhədlərdə nəzarəti ilk olaraq Macarıstan başlamışdı. Daha sonra Avstriya, İtaliya, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya və Norveç də sərhədlərdə yoxlamalara başlayıb.