Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uzun yaşamağın sirri bu orqanda gizlidir

Bağırsaq
Bağırsaq - Sputnik Azərbaycan
Abunə olmaq
Elm adamları, bağırsaqların sağlam qalması üçün mədənin arabir ac qalmasını məsləhət görürlər.

BAKI, 12 noy – Sputnik. Bir çox tibb alimi uzun həyatın sirrinin bağırsaqlarda gizli olduğuna inanır. Məhz bu səbəbə görə, son bir neçə ildə bağırsaqlar davamlı olaraq araşdırılır. 

Bəzi tibb ekspertləri bağırsaqlardakı zərərli bakteriyaların xərçəng, şəkər, ürək və damar, allergiya kimi xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ona görə də bağırsaqlardakı yararlı bakteriyaların artmasına yardımçı olan qidalar yemək lazımdır.

Zərərli bakteriyaların orqanizmin maddələr mübadiləsini, immunitet sistemini və enerji balansını pozduğu elmdə dəfələrlə sübut olunub.

Yediyimiz qidaların bəziləri yararlı, bəziləri də zərərli bakteriyaların bağırsaqda çoxalmasına səbəb olur. 

Ət məhsullarını həddən artıq çox yedikdə bağırsaqlarda zərərli bakteriyalar sürətlə artır. Evdə hazırlanan turşu, tomat, qatıq və sirkə, kimi qidalar isə bağırsaqlarda yararlı bakteriyaların çoxalmasını təmin edir.

Elm adamları, bağırsaqların sağlam qalması üçün mədənin arabir ac qalmasını məsləhət görürlər. Həftədə 2 ya 3 gün axşam yeməyi yeməmək öz effektliyini göstərir və bağırsaqlardakı yararlı bakteriyaların artmasına səbəb olur. 

Xəbər lenti
0