BAKI, 12 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Diplomatik mənbələrdən Sputnik-ə verilən məlumatda bildirilir ki, səfər həftənin sonunda baş tutacaq.
“Səfərdə məqsəd noybarın 15-16-da Türkiyənin Antaliya şəhərində keçiriləcək “G-20” dövlət başçılarının Zirvə toplantısında iştirak etməkdir. Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 14-də Antalyaya səfəri nəzərdə tutulur”, —deyə diplomatik mənbə bildirdi.
Diplomatik mənbə onu da əlavə etdi ki, sammit çərçivəsində Azərbaycan prezidentinin bir sıra dövlət başçıları və nümayəndə heyətinin rəhbərləri, həmçinin şirkət rəhbərləri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, noyabrın 15-16-da Antaliyada G-20 dövlət başçılarının növbəti Zirvə toplantısı keçiriləcək.
Toplantını üç mindən artıq media nümayəndəsi işıqlandıracaq. Toplantıda əsasən dünyada baş verən son olaylar, qlobal iqtisadiyyat, iqtisadiyyatın inkişafı və sərmayələrin qoyuluşu, eyni zamanda beynəlxalq terrorizm, qaçqın problemi və digər məsələlər müzakirə olunacaq.