CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlıların ən çox qoyduqları adlar qadağan olunur

© apa.azAsan xidmət
Asan xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub.

BAKI, 11 noy — Sputnik. Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub.

Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, bununla bağlı bu günlərdə qərar qəbul olunub. Sədr müavini qeyd edib ki, qərarla bağlı “ASAN Xidmət” mərkəzlərinə məlumat verilib: “Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. “ASAN Xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”

Xəbər lenti
0