BAKI, 11 noy – Sputnik. Hindistanın cənub əyalətlərinə yağan güclü sel və daşqınlar 19 nəfərin ölümünə səbəb olub.
İntensiv yağan güclü yağışlar daha çox Kuddalor şəhərində can alıb. Bu şəhərdə 15 nəfər selin qurbanı olub. Daha bir neçə nəfər isə ayrı-ayrı şəhərlərdə evlərin uçması nəticəsində həyatını ititirb.
Hindistan hökuməti hadisədə ölənlərin ailələrinə 11,4 min dollar yardım ediləcəyini açıqlayıb.