BAKI, 11 noy – Sputnik. Türkiyənin Çanaqqala əyalətində qaçqınları daşıyan qayığın batması nəticəsində 14 nəfər dünyasını dəyişib.
Xəbərə görə, qaçqınlar qeyri-qanuni yolla Türkiyədən Yunanıstanın Midilli adasına keçmək istəyirmiş. Qayıq Egey dənizində batıb. Çanaqqala sahil mühafizə qüvvələrinin əməkdaşları 27 nəfəri xilas edə biliblər.
Bataraq həyatını itirənlərdən 7-sinin uşaq olduğu bildirilir.