BAKI, 11 noy – Sputnik. Dünyanın nadir brilyant növündən sayılan 16 karatlıq çəhrayı brilyant üzük 29 milyon İsveçrə frankına satılıb.
Cenevrə şəhərinin məşhur “Christies” satış evində təşkil edilən hərracda, çəhrayı brilyant üzük sadəcə bir neçə dəqiqə içində satılıb.
18 milyon frank açılış qiymətlə satışa təqdim edilən 16 karatlıq çəhrayı brilyant 29 milyona sahibini tapıb.
Bu qeyri-adi üzüyü alan adamın kimliyi isə açıqlanmayıb.