BAKI, 11 noy – Sputnik. “Rusiya, Amerika və Almaniyaya səslənirəm. Səmimi olun və gəlin vicdanımızı öndə tutaraq, Suriyada qanayan yaraya çarə tapaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Suriyada ölən hər günahsızın qanı gücü olduğu halda bu faciəni sonlandıra bilməyənlərə bulaşmışdır” deyə Ərdoğan əlavə edib.
Terror təşkilatları qarşısında ikiüzlü davranan ölkələrə də səslənən Türkiyə prezidenti həmin ölkələrə sərt mesaj göndərib:
“Terroru bəhanə edərək, Suriyada ikili oyun oynayanlar, qazanc əldə etdiklərini düşünənlər çox yaxın zamanda özlərini o atəşin içində tapacaqlar”
Ərdoğan çıxışının sonunda, dünyanın 5-dən böyük olduğunu və BMT-də ciddi islahatlara ehtiyac yarandığını bildirib.
“200 ölkənin qədəri 5 dövlətin dodaqları arasına məhkum edilə bilməz. Bu qəbul olunmazdır. BMT təhlükəsizlik şurasından bütün dinləri və qitələri təmsil edən dövlətlər olmalıdır” deyə prezident qeyd edib.