BAKI, 11 noy – Sputnik. İsrail əsgərləri İordan çayının qərb sahilində 2 nəfər fələstinli gənci qətlə yetirib. Hadisə zamanı 12 yaşlı uşaq da yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İsrail ordusunun oktyabrın 1-də radikal yəhudilərin Əl Əqsa məscidinə girişinə icazə verməsindən bugünədək davam edən toqquşmalarda 77 fələstinli və 10 israilli dünyasını dəyişib.
Bundan başqa İordan çayının qərb sahillərində yerləşən Halik şəhərində yüzlərlə fələstinli cənazələrini təhvil ala bilmədiyi üçün etiraz keçirib.
Şiddətli qarşıdurmalar müqəddəs Qüds şəhərində də davam edir.