CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə şad xəbər

© sputnik.azElmlər Akademiyası metrostansiyasının qarşısı
Elmlər Akademiyası metrostansiyasının qarşısı - Sputnik Azərbaycan
Abunə olmaq
Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı (Bakı Dövlət Universiteti tərəfə) tuneli cari ilin dekabrında istifadəyə veriləcək.

BAKI, 11 noy — Sputnik. Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı (Bakı Dövlət Universiteti tərəfə) tuneli cari ilin dekabrında istifadəyə veriləcək.

Bunu Sputnik-ə açıqlamasında  “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, artıq metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının (Bakı Dövlət Universiteti tərəfə) tunelində əsaslı tikinti tamamlama  işləri başa çatıb və hazırda orada  xırda  kosmetik tikinti-tamamlama və abadlıq işləri gedir: “Bu işlər də noyabrın sonuna kimi başa çatacaq. Ümid edirəm ki, metronun ikinci çıxışı dekabrda  istifadəyə veriləcək.” 

Metronun Elmlər Akademiyasının ikinci, dərinliyi 83 metr olan çıxışının tunelində tikinti işlərinin  2012-ci ilin avqustunda start verilib. Elmlər Akademiyası stansiyası birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. Tikinti işləri tunel və 4 yerüstü keçidlə tamamlanır. Keçidlərdən biri Bakı Dövlət Universitetinə, biri Zahid Xəlilov digər 2 keçid isə keçmiş Firudin Ağayev indiki Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələcək çıxış həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu da oynacayaq. Sərnişinlər eskalator vasitəsi ilə ümumi otağa ordan isə keçid vasitəsi istədikləri küçələrə çixa biləcəklər. İkinci çıxışın tikilməsində əsas məqsəd bir çıxışdan ibarət olan Elmlər Akademiyası  metrostansiyasından sərnişin sıxlığının qarşısını almaqdır. Belə ki, gün ərzində adiçəkilən stansiya 65 min sərnişini daşıyır. Bu isə fövqəladə hallar zamanı böyük fəlakətə  səbəb ola bilər. Bu səbəbdənElmlər Akademiyası metrostansiyasının ikinci çıxışının tikilməsi qərara alınıb və tikinti üçün ərazidə olan çox saylı sahibkarlıq obyektləri sökülüb. 

Xəbər lenti
0