BAKI, 11 noy — Sputnik. Bu gün Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində çəkilmiş magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar gün ərzində Xaqani, Puşkin və Rəşid Behbudov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər var.
Bu barədə Sputnik-ə "Azərsu" ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.