Qaçqın problemi bu dəfə Maltada müzakirə olunacaq

© ft.comAfrikalı mühacirlər
Afrikalı mühacirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyadakı vətəndaş müharibəsi, yoxsul Afrika ölkələrindəki aclıq səbəbilə Avropaya qaçqın axını AB ölkələrini ciddi narahat edir.

BAKI, 11 noy – Sputnik. Avropalı liderlər qaçqın böhranını bu dəfə Maltada müzakirə edəcəklər. Konfransa bəzi Afrikalı liderlərin də qatılacağı bildirilib. 

Noyabrın 12-də paytaxt Valetta şəhərində baş tutacaq yığıncağa dövlət başçılarından savayı qeyri-hökumət təşkilatları təmsilçiləri də qatılacaq. 

Suriyadakı vətəndaş müharibəsi, yoxsul Afrika ölkələrindəki aclıq səbəbilə Avropaya qaçqın axını Birlik ölkələrini ciddi narahat edir. Hətta bir çox Avropa ölkəsi yeni miqrant qəbul etməyəcəyini də açıqlayıb.

Xəbər lenti
0