CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişilər bunu deməyə çox utanır

Abunə olmaq
Kişilər pəhriz saxlamağın ancaq qadınlara aid olduğunu düşünürlər və bunu etiraf etməyi özlərinə yaraşdırmırlar.

BAKI, 11 noy – Sputnik. Psixoloqların dediyinə görə, kişilər pəhriz saxladığını deməyə utanırlar. Maraqlıdır, kişiləri bunu deməyə utandıran səbəb nədir?

Kişilər pəhriz saxladığını deyə bilmədiyi, ya da deməyə utandığı üçün onlara təklif edilən təamlardan imtina edə bilmirlər. 

Sorğuda 1000 kişi iştirak edib. Onların 80%-i arıqlamaq istədiyini deyib. Ancaq sorğuda iştirak edən kişilərin sadəcə 1/3-i pəhriz saxladığını etiraf edib.

Kişilərin utanma səbəbi isə olduqca maraqlıdır. Kişilər qadınlardan fərqli olaraq bədənləri ilə bağlı olan qüsurlarını etiraf etməkdən çəkinirlər. Pəhriz saxlamağı etiraf etməyi isə onlar qüsurlarını və artıq kilolarını etiraf etmək kimi başa düşürlər. Bu isə kişilərin eqosuna sığmayan bir məsələdir. Həm də kişilər pəhriz saxlamağın ancaq qadınlara aid olduğunu düşünürlər və bunu etiraf etməyi özlərinə yaraşdırmırlar.

Xəbər lenti
0