CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərzaq məhsulları bahalaşıb

Abunə olmaq
2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb.

BAKI, 11 noy — Sputnik. Oktyabr ayında Azərbaycanda ərzaq məhsullarında bahalaşma baş verib.

Bu barədə Sputnik-ə məlumat Dövlət Statistika Komitəsindən verilib. 

Komitədən verilən məlumatda deyilir ki, 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb. 

Komitədən eyni zamnda bildirilib ki, 2015-ci ilin oktyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşma olub. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb. 

Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Xəbər lenti
0