CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın şimal bölgəsinə gedənlərə şad xəbər

© http://www.interaztv.comBakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Beynəlxalq avtovağzalı qarşısında “Avtovağzal” metro stansiyasına piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət yaxın günlərdə aradan qalxacaq.

BAKI, 11 noy — Sputnik. Oktyabr ayının əvvəlindən etibarən paytaxt Bakıdan respublikanın şimal istiqamətinə olan yeganə Bakı-Sumqayıt mağistralının Bakı Beynəlxalq avtovağzalı qarşısında “Avtovağzal” metro stansiyasına piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət yaxın günlərdə aradan qalxacaq.

Bunu Sputnik-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, piyada keçidinin tikintisi ilə əlaqədar olaraq montaj işləri on gün ərzində  yekunlaşacaq və bununla da avtomobillərin hərəkətinə mane olan və bu səbədən də yaranan  tıxac problem öz  həllini tapacaq: “Hazırda  keçidin tikintisinin qısa zamanda başa çatdırılması  ilə bağlı qızğın iş gedir. Biz avtomobillərin hərəkətinə mane olan problemin tez bir zamanda aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Amma bizdən asılı olmayan və tikintinin gedişi ilə bağlı texniki parametrlər var ki, bu da təbii olaraq vaxt tələb edir. Ancaq ümid edirəm ki, yaxın bir həftə 10 gün ərzində orada işlər yekunlaşacaq.”

Paşayev onu da əlavə etdi ki, Biləcəri sakinlərinin "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq Bakı-Sumqayıt şossesində piyada keçidinin tam tikintisi isə dekabrın əvvəlində başa çatacaq.


Xəbər lenti
0