Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Kişilərlə bir yerdə işləmək qadınlarda bu xəstəliyə səbəb olur

© rhianvinzon.infoAğlayan qadın
Ağlayan qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı alimlərin apardıqları tədqiqatlar bunu deməyə əsas verir.

BAKI, 11 noy – Sputnik. Kişilərlə eyni məkanda işləyən qadınlar xroniki stressdən əziyyət çəkir. Bu da öz növbəsində müxtəlif xəstəliklərə səbəb olur və vaxtından əvvəl ölüm riskini artırır. 

Amerikalı alimlərin apardıqları tədqiqatlar bunu deməyə əsas verir. 

Araşdırma nəticəsində məlum olub ki, kişilərlə bir yerdə işləyən qadınlar xroniki stressdən əziyyət çəkir. Bu qadınlar seksual təqib, sosial təcrid və karyerada irəliləmək imkanının olmaması kimi problemlərlə üzləşirlər. 

Müəyyən olub ki, kişilər iş vaxtı qadınlara məhəl qoymur və ya, əksinə, onlara daha çox diqqət ayırırlar. Bununla bağlı qadınlarda yaranan xroniki stress müxtəlif xəstəliklərə səbəb olur və vaxtından əvvəl ölüm riskini artırır.

Amerikalı alimlər apardıqları tədqiqat zamanı hər gün kişi kollektivlərində çalışan iştirakçı qadınların orqanizmlərində stress hormonunun səviyyəsini ölçüblər. Aydın olub ki, digərləri ilə müqayisədə belə kollektivlərdə işləyən qadınların stress səviyyəsi gün ərzində tez-tez dəyişikliyə məruz qalır.

Xəbər lenti
0