CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İbadoğlu: Baş verənlər türklərin şovinizmə etirazlarının nümayişidir

Güney Azərbaycanda nümayiş
Güney Azərbaycanda nümayiş - Sputnik Azərbaycan
Abunə olmaq
Qubad İbadoğlu: Çox təəssüf ki, Azərbaycanda isə bəzi mətbu orqanları baş verənləri «İranda azərbaycanlılar ayağa qalxdı –toqquşma» adı ilə məhəllə davası səviyyəsinə qədər aşağı endirməklə oxuculara təqdim edir.

BAKI, 11 noy — Sputnik. Əslində isə bu günlərdə Güney Azərbaycanda müşahidə olunan aksiyalar türklərin doğma yurdlarında tarix boyu qarşılaşdığı zülmə, zorakılığa, ədalətsizliyə, şovinizmə etirazlarının nümayişidir. 

Sputnik xəbər verir ki, bu fikri iqtisadşı alim Qubad İbadoğlu son günlərdə Güney Azərbaycanda baş verən proseslərə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, bu haqq mübarizəsinə dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. 

O hesab edir ki, ABŞ-dan dünyada baş verənləri izləmək daha asandır: “Bu günlərdə Güney Azərbaycanlıların farsların türklərə olan davamlı təhqirlərinə qarşı göstərdikləri milli müqavimətinin əhatə dairəsi genişlənərək bütün aləmə səs salıb. Nüfuzlu "Vaşinqton Post" qəzeti bununla bağlı ayrıca yazı dərc edib, Azərbaycanlıların haqlı etirazlarını dünya miqyasına çıxıb. Çox təəssüf ki, Azərbaycanda isə bəzi mətbu orqanları baş verənləri «İranda azərbaycanlılar ayağa qalxdı –toqquşma»  adı ilə məhəllə davası səviyyəsinə qədər aşağı endirməklə oxuculara təqdim edir. Siyasilər də baş verənləri müşahidə edir, elə bil ki, yerli qəzetlərin yazdığı kimi toqquşmanın sonunu gözləyirlər.”

Xəbər lenti
0