BAKI, 11 noy – Sputnik. ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillary Clinton, seçiləcəyi təqdirdə İŞİD terrorçularına qarşı quru əməliyyatlarına dəstək verməyəcəyini açıqlayıb:
“Birləşmiş Ştatlar ordusu və kəşfiyyatı İŞİD-lə mübarizədə öz səylərini artırmalıdır, ancaq genişmiqyaslı quru əməliyyatı planda olmamalıdır”
Klinton, müharibənin maliyyə cəhətdən baha başa gəldiyini, onun üçün də əgər müharibə elan olunacaqsa, ona uyğun büdcənin əhəmiyyətindən danışıb.
Misirdə qəzaya uğrayan Rusiya təyyarəsi ilə bağlı da danışan Clinton, hadisənin ciddi araşdırılmalı olduğunu bəyan edib.