BAKI, 10 noy —Sputnik. Bakı Metropoliteninin "İçəri Şəhər" stansiyasında ölüm faktı qeydə alınıb.
Sputnik APA-ya istinadən xəbər verir ki, 60 yaşlı Şirəliyev Əliağa metroda qəfil huşunu itirib. Metro əməkdaşları hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimlərini çağırıblar. Həkimlərin apardığı ilkin tibbi müayinə nəticəsində Ə. Şirəliyevin artıq keçindiyini müəyyən olunub.
Faktı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təsdiqləyib.
Onun sözlərinə görə, metro əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüblər, mərhumun yaxınları hadisə barədə məlumatlandırılıb.