CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyinin xidmət rəisi vəzifəsindən azad olunub

© mod.gov.azMüdafiə nazirliyi
Müdafiə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı Qüvvələrin hərbi qulluqçusu, polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub..

BAKI, 10 noy — Sputnik. Silahlı Qüvvələrin hərbi qulluqçusu, polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

MN qeyd edib ki, "bəzi kütləvi informasiya vasitələrində “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli “sensasiya” yazıları" yayıblar.

Nazirlik vurğulayıb ki, Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur: “Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin  təminatı ilə məşğuldur".

MN növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır.

Xəbər lenti
0