CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekrandakı cızıqları bu üsulla yox edin

© pixabay / StockSnapSmartfon
Smartfon - Sputnik Azərbaycan
Abunə olmaq
Telefonunuzun ekranında kiçik cızıqlar sizi hirsləndirir?

BAKI, 10 noy – Sputnik. Telefonunuzun ekranında kiçik cızıqlar sizi hirsləndirir? Onları yox etmək istəyirsiniz? Sizə cızıqları yox etmək üçün evdə edə biləcəyiniz üsulu təqdim edirik!

Qida sodası ilə

Sputnik azadqadin.az-a istinadən xəbər verir ki, bu maddəni istənilən evdə tapmaq olar. Olduqca sadə və effektivdir.

• Kiçik bir qab götürün, 2/3 hissəsini soda, 1/3 su ilə doldurun.

• Qatı maddə formalaşana kimi qarışdırın.

• Maddə alındıqdan sonra, maddəni qulaq təmizləyən və ya yumşaq parça üzərinə kiçik miqdarda sürtün.

• Həmin parça və ya qulaq təmizləyəni dairəvi şəkildə cızığın üzərinə sürtün.

• Bu əməliyyatları yerinə yetirdikdən sonra yavaşca, nəm parça ilə artıq qalan maddəni təmizləyin.

Xəbər lenti
0