BAKI, 10 noy – Sputnik. "İŞİD terror təşkilatının tərkibində 100-dən çox ölkənin vətəndaşı var və onlar qruplaşma üzvlərinin ümumi sayının 40 faizindən çoxunu təşkil edir".
Sputnik report.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka deyib.
Soçi şəhərində Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya dövlətlərinin Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 7-ci regional konfransı keçirilir. Konfransı Y.Çayka açıq elan edib.