Məşhur Hollivud ulduzu Robert De Niro Azərbaycan əsilli Rusiyalı iş adamı Araz Ağalarovun qonağı olub.
Sputnik-in məlumatına görə, Ağalarovlara məxsus Krokus Siti Mollda (Crocus City Mall) jurnalistləri 1,5 saat gözlətdikdən sonra De Niro qırmızı xalçada görünüb. O, publika qarşına cins şalvar, göy mayka və pencəkdə çıxıb. Aktyor xeyli danışıb-gülüb, zarafatlar edib, bütün suallara sadəcə bir sözlə cavab verib.
«Ola bilsin ki, mən Rusiyadan vətəndaşlıq istədim. Bilirsiz ki, bu, çətin prosesdir. Ona görə də baxmaq lazımdır, hal-hazırda heç nəyi proqnozlaşdırmaq olmaz" — deyə aktyor bildirib.
De Nirodan soruşublar ki, o, Rusiya gənclərinə nə məsləhət verə bilər.
«Mən istərdim ki, hamı birlikdə doğru şeylərlə məşğul olsunlar, keçmişi boş versinlər və dünya üçün yaxşı işlər görsünlər. Biz birləşməli, mübahisələrə son verməliyik. Biz biryerdə işləməliyik" — deyə De Niro bildirib.
Bununla belə, aktyor qeyd edib ki, düşbərəni (pelmeni) sevir, lakin bişirməyi bacarmır.
Aktyordan boş vaxtlarını restoran biznesinə sərf etmək niyyətinin olub-olmadığını soruşublar.
«Mən çox işlə məşğul olmaq istəyərdim. Təəssüf ki, bunlara vaxt yoxdur» — deyə bildirib.
2013-cü il yanvarın əvvəllərində Rusiya prezidenti Vladimir Putin Rusiya mədəniyyəti və kinematoqrafına verdiyi əməli töhfələrə görə, fransız aktyor Jerar Depardyeyə Rusiya vətəndaşlığı verib.
25 sentyabr 2015-ci ildə isə amerikalı boksçu kiçik Roy Cons, 2013-cü ildə Rusiya vətəndaşlığı üçün müraciətinə cavab olaraq Putin tərəfindən ona vətəndaşlıq verildiyini bildirib.
Sentyabrın 1-də isə Amerikanın musiqi qrupu Limp Bizkit-in lideri Fred Derst Rusiya vətəndaşlığı almaq və Krımda yaşamaq niyyətini bəyan edib.